...

Yanvar - sentyabrda Azərbaycanda kaustik soda istehsalı artıb

Energetika Materials 16 Oktyabr 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / Yanvar-sentyabr ərzində "Azerkimya" Dövlət Şirkəti kimya məhsullarının bütün növləri üzrə 2007-ci ilin analoji dövrünün istehsal göstəricilərini əhəmiyyətli dərəcədə qabaqlayır.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, propilen istehsalı ötən ilin analoji dövr göstəricisinə nisbətdə 52,5 faiz, polietilen 59,1 faiz, xlor oksid 47,4 faiz artıb.

Lak və boya məhsulları istehsalı 58,1 faiz, izopropil spirti 62,8 faiz, azot 66,2 faiz, kaustik soda 67,7 faiz artıb.

2008 - ci ildə əsas kimya məhsulları növlərinin istehsalı:

Məhsul 2008 - ci il yanvar-sentyabrda istehsal 2007-ci ilin yanvar-sentyabrına nisbət (%)
Azot (mln. kub.m.) 11,7 166,2
Kaustik soda (min. t) 16,7 167,7
Propilen (min. t) 23,4 152,5
Polietilen (min. t) 42,4 159,1
İzopropil spirti (min. t) 16,1 162,8
Lak və boya məhsulları (mln. t) 2,1 158,1
Xlor oksid (min. t) 2,8 147,4
Xəbər lenti

Xəbər lenti