Azərbaycan, Bakı, 20 oktyabr/ Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tenderi qapalı elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.
"Sumato Energy Group" (Yeni Zelandiya) treyderi tenderin qalibi elan olunub.
Bakı -Tbilisi - Ceyhan boru kəməri ilə tədarük olunan bir mln. barel həcmində neft partiyası noyabrın 1 -7- də göndəriləcək.