...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 21 Oktyabr 2008 19:26

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 oktyabr / Trend ,müxbir A.Bədəlova/ Oktyabrın 20 - də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $70,43/barelə çatıb. 1997- ci ildən yüngül neft hasil edən SOCA R - dan çərşənbə axşamı verilən məlumata görə , bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $2/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR - dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 20 - də $69,07/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,92/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ , spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 20-də $64,9/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,92/barel çoxdur.

Oktyabrın 20 - də Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $67,53/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $1,38/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti