...

Azərbaycanda neftin hasilatı üzrə proqnoza yenidən baxıla bilər

Energetika Materials 21 Oktyabr 2008 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir S.Əliyev/ "Azəri - Çıraq - Günəşli" (AÇQ) yataqlar blokunda hasilatın azalması ilə əlaqədar, Azərbaycan cari il üçün neftin hasilatı üzrə proqnoza yenidən baxa bilər, - çərşənbə günü hökumətdən bildiriblər.

Cari il üçün neftin hasilatı üzrə proqnoza əsasən, hasil edilən xammalın həcmi təxminən 52 mln. ton təşkil etməliydi. Bu həcmin 8,7 mln. tonu Azərbycanın Dövlət Neft Şirkətinin, 43,3 mln. tonu AÇQ yataqlar blokundan neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) (operator BP) payına düşürdü.  Yataqdakı platformalarda hasilatın dayandırılması ilə əlaqədar, neftin sutkalıq hasilatı 950 min bareldən 450 min barelədək azalıb. "Qərbi Azəri"dəki platformanın işə salınması ilə hasilat artıb.

"Azəri - Çıraq - Günəşli" (AÇQ) yatağının işlənilməsinin operatoru BP şirkəti dənizdə havaya qaz tullantılarının atılmasının aşkar edilməsi ilə əlaqədar, sentyabrın 17 - də "Mərkəzi Azəri" yatağında hasilatı dayandırıb və personalı yataqda quraşdırılan platformadan köçürüb.  Ehtiyat məqsədilə, yatağın qərb hissəsində "Qərbi Azəri" platformasından hasilat dayandırılıb. Yatağın qərb hissəsində hasilat oktyabrın 10 - da bərpa edilib. Yatağın mərkəzi hissəsində indiyədək qazın səthə çıxmasının səbəbləri araşdırılır.

"Azəri - Çıraq - Günəşli" yataqlarından Bakı - Tibilisi - Ceyhan kəməri ilə ixrac edilən Azeri Light növlü neft hasil olunur.

Avqust ərzində Bakı - Tbilisi - Ceyhan neft kəmərinin istismarının dayandırılması ölkədə neftin hasilatının azalmasına təsir edən daha bir amil olub. Avqustun əvvəlində bu boru kəməri yanğınla əlaqədar dayandırılıb. Boru kəmərinin dayandırılması nəticəsində AÇQ - də hasilat azaldılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti