Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir A.Bədəlova/ Yaxın günlərdə Azərbaycan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmçiliyi (XDG) üçün Nijni Novqoroddakı "Krasnoye Sormovo" gəmiqayırma zavodunda tikilmiş tanker alacaq. "Tanker "Zəngəzur" (layihə 19619) adını daşıyacaq, -- gəmiçiliyin rəhbəri Aydın Bəşirov çərşənbə axşamı bildirib.
Bu tankerin alınmasına dair müqavilə 2008 - ci ilin yanvarında imzalanıb.
Gəmi xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Bir reysdə bir neçə neft məhsulu növünün eyni zamanda yüklənə bilməsi imkanı nəzərdə tutulub.
19619 layihəli tankerlər "çay - dəniz" sinfinə aiddir, 12 yük və bir durulducu tankla təchiz olunub. İkiqat bortlarda və ikiqat dibdə ballast bölmələri var, uzunluğu 150 m, eni 17,30 m, bortunun hündürlüyü - 10,5 m, dedveyti 13 min tondan çoxdur və bu, liman terminalları yenidən təchiz edilmədən, sərbəst şəkildə Xəzərdə istifadə edilə bilən gəmilər üçün maksimal həddir. Gəmi limanlara daxil olmadan 20 sutka dənizdə ola bilər.
XDG ilə ilk tankerlərə dair müqavilə 2002 - ci ildə bağlanıb. 2006 - cı ildə "Prezident Heydər Əliyev", "Babək", "Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud" tankerləri sifarişçiyə verilib və hazırda onlar Xəzər dənizində istismar olunurlar.
Zavod və XDG arasında dedveyti 13 min ton olan daha bir tankerin alınmasına dair müqavilə cari ilin iyununda imzalanıb və 2009-cu ilin sonunda sifarişçiyə veriləcək.
Dəniz və Neft-Qaz Layihələri Şirkətlər Qrupu (DNQL Qrupu) gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahələrində layihələrin idarə edilməsini həyata keçirən şirkətdir. Qrupa Krasnoye Sormovo zavodu (Nijnı Novqorod), Volqoqrad gəmiqayırma zavodu, Sormovo maşınqayırma zavodu (Nijnı Novqorod) və Volqoqrad xüsusi maşınqayırma zavodu və Volqa-Xəzər layihə - konstruktor bürosu (Nijnı Novqorod) daxildir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]