Azərbaycan, Bakı, 07 noyabr/ Trend / Cari ilin yanvar - oktyabrında SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı neft emalı zavodu (Keçmiş "Azneftyanacaq") ötən ilin analoji dövrünün 125,4 min tonuna nisbətdə təqribən 153 min ton maye qaz istehsal edib. Bu barədə SOCAR-dan məlumat verilib.
Ümumilikdə 2007 - ci ildə 145 min ton butan - butilen fraksiyası istehsal olnub. 2006 - cı ildə butan - butilen fraksiyasının istehsal həcmi 148,22 min ton təşkil edib. 2005 - ci ildə bu göstərici 129,62 min tona bərabər olub.
2008 - ci ilin yanvar - oktyabrında, 2007 və 2006 - cı illərdə olduğu kimi, bu müəssisədə propan -propilen fraksiyası istehsal olunmayıb. 2005 - ci ildə propan - propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.