Azərbaycan, Bakı, 07 noyabr/ Trend / Yanvar - oktyabrda Azərbaycanın neft emalı zavodlarında (NEZ) neft emalının ümumi həcmi təqribən 6,1 mln. ton təşkil edib ki, bu göstərici 2007 - ci ilin analoji dövründə 6,3 mln. tondan çox olub.
Azərbaycanda neft məhsulları, ümumi gücü ildə 20 mln. ton neft olan iki Bakı NEZ - nin bazasında istehsal olunur. Hər iki NEZ SOCAR -ın tərkibinə daxildir. SOCAR hər il təqribən 6 mln. ton neft emal edir ki, bu neft şəxsi vəsaitlər hesabına, quru və dəniz yataqlarından hasil edilir.
2008 - ci ildə Azərbaycanda neft emalı və neft məhsulları istehsalı:
2008 - ci il oktyabr | 2008 - ci il yanvar-oktyabr | 2007 - ci il yanvar-oktyabr | |
Fakt | Fakt | Fakt | |
Neft emalı - cəmi | 651,87 | 6117,43 | 6334,7 |
Benzin - cəmi | 146,23 | 1296,05 | 1134,5 |
- avtomobil benzini | 121,71 | 1063,27 | 957,09 |
- kimya üçün nafta | 24,52 | 232,78 | 177,42 |
Kerosin KO -20 - cəmi | -0,21 | 31,49 | 25,64 |
Dizel yanacağı - cəmi | 229,90 | 1982,45 | 1772,53 |
Soba mazutu -cəmi | 73,89 | 953,18 | 1877,42 |
Sürtkü yağı | 2,41 | 47,43 | 45,52 |
Mühərrik yanacağı DT- cəmi | 2,24 | 86,25 | 49,80 |