Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir A.Bədəlova/ "Yunanıstanın enerji siyasəti Qara və Xəzər dənizləri hövzəsindən Avropaya neft və təbii qaz nəqlində ölkənin başlıca rolundan istifadəyə yönəlmiş birləşdirici xətlərin yaradılmasında cəmləşdirilib", - Yunanıstanın inkişaf naziri Xristos Folias Sofiyada keçirilən X Cənub - Şərqi Avropa İqtisadi Forumunda bildirib. - ANA- MPA yazır.
"Yunanıstan sübut edib ki, məqsədli göstəricilərin xeyli artmasının təmin edilməsinə yönəlmiş irimiqyaslı təşəbbüslərdə etibarlı tərəfdaşdır", - Folias bildirib.
Nazirin sözlərinə görə, Yunanıstanın mövqeyi aydındır: enerji balansı sülh və çiçəklənmə üçün zəruri şərtdir. "Məhz buna görə də, birgə fəaliyyətin inkişafına yönəlmiş səylər fasiləsiz, maneə və yubanmaları aşan olmalıdır", - Folias bildirib.
Bir il əvvəl Türkiyə-Yunanıstan qaz kəmərini açılışı iki ölkə arasında əməkdaşlığın yeni erasını başlayıb, Yunanıstan - İtaliya qaz kəmərinin çəkilməsi, Azərbaycan, Yunanıstan, İtaliya və Türkiyə arasında imzalanması gözlənilən saziş Aİ-nin müxtəlif enerji tədarükü mənbələrinin yaradılmasına yönəlmiş enerji siyasətini reallaşdırır, - bildirib.
Nazirin sözlərinə görə, Yunanıstan və Bolqarıstan parlamentləri artıq Rusiya ilə "Cənub axını" qaz kəməri layihəsini təsdiqləyib. Folias onu da qeyd edib ki, layihənin 2015- ci ildə başa çatdırılacağı gözlənilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]