...

Yanvar - oktyabrda Azərbaycanın daxili bazarında dizel yanacağının satışı artıb

Energetika Materials 17 Noyabr 2008 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend Yanvar - oktyabrda Azərbaycanın daxili bazarına 4 mln. ton neft məhsulları göndərilib ki, bu, 2007 - ci ilin analoji dövrü ilə müqayisədə, səkkiz faiz çoxdur, - ölkənin Dövlət Statistika Komitəsindən xəbər veriblər.

Neft məhsullarının ümumi həcmindən 761,5 min ton avtomobil benzininin payına düşüb ki, bu da 2007 - ci ilin analoji dövründən 17, 9 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A - 92 markalı benzinin topdansatış qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 670 manat, A-95 markalı benzinin qiyməti isə, 736 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 10 ay ərzində Azərbaycanın Azpetrol şirkəti realizə edilmək üçün təxminən 389,1 min ton, LUKoil isə, təxminən 115,7 min tondan çox avtomobil benzini alıb.

Yanvar - oktyabrda daxili bazarda 850,5 min ton dizel yanacağı satılıb ki, bu da 2007 - ci ilin analoji dövründən 48,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetol bu həcmdən 277,3 min ton, LUKoil təxminən 89,3 min tondan çox alıb. Xəzər Dəniz Gəmiçiliyi 15,3 min ton dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu reallaşdırılıb. Cari ilin yanvar - oktyabrinda 860,4 min ton mazut satılıb ki, bu da 2007- ci ilin analoji dövründən 36,7 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M- 40 mazutun qiyməti (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC təxminən 449,1 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün isə sonradan emal edilmək üçün təxminən 312,3 min ton mazut alıb.

Bu dövrdə 443,3 min ton aviasiya kerosini satılıb ki, bu da 2007-ci ilin analoji dövründən 15,6 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) 307 manatadır.

Yanvar-oktyabrda daxili bazarda 152,3 min ton neft bitumu satılıb. Bu, 2007- ci ildən 18 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizata çəkilən xərclər və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

10 ay ərzində daxili bazarda 78,8 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2007- ci ilin yanvar- oktyabrından 35,6 faiz azdır.

Daxili bazarda 846,9 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2007- ci ilin yanvar-sentyabrından 74,3 faiz çoxdur.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti