...

Azərbaycan elektrik enerjisi idxalını xeyli azaldıb

Energetika Materials 17 Noyabr 2008 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend / 2008 - ci ilin yanvar-sentyabrda Azərbaycana 233,6 mln. kVt/saat elektrik enerjisi idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 65,9 faiz azdır. İdxal edilən elektrik enerjisinin dəyəri 9,1 mln. dollardan çox olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 55,3 faiz azdır.

2008 - ci ildə idxal edilən məhsulların ümumi həcmindən 639 min ton (2007- ci illə müqayisədə 18,7 faiz çox) dəyəri 19,4 mln. dollardan çox olan (2007-ci illə müqayisədə 32,6 faiz az) sement klinkerlərinin payına düşür.  İdxal edilən sementin həcmi 890,7  min ton (33,2 faiz çox), dəyəri 39 mln. dollardan çox (17,9 faiz çox) olub.

Yanvar - sentyabr ərzində Azərbaycana 434,7 min qaz, su və elektrik sayğacı idxal edilib ki, bu da 2007-ci ilin yanvar-sentyabrı ilə müqayisədə 40,3 faiz azdır. İdxal edilmiş sayğacların dəyəri 24 mln. dollardan çox olub ki, bu da ötən ilin göstəricilərindən 10,5 faiz çoxdur.                                                                                                                          

Xəbər lenti

Xəbər lenti