...

ABŞ 2008 - ci ildə Azərbaycandan neft məhsulları idxalını azaldıb

Energetika Materials 3 Dekabr 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend / 2008 - ci ilin yanvar - sentyabrında ABŞ Azərbaycandan 308 min barel neft məhsulları idxal edib. 2007-ci ilin yanvar - sentyabrında Azərbaycandan ABŞ - a neft məhsulları idxalı 1,44 mln. barel təşkil edib. Bu barədə ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilir.

ABŞ 2007-ci ildə Azərbaycandan 2,2 mln. barel neft məhsulları idxal edib. Bu göstərici 2006 - cı ildə 351 min barel olub.

2005 - ci ildə ABŞ Azərbaycandan 563 min barel həcmində neft məhsulları alıb. 2004 - cü ildə bu göstərici 484 min barelə bərabər olub.

Xəbər lenti

Xəbər lenti