...

Azərbaycanda Bakı - Tbilisi - Ceyhan neft kəmərinin nəqli imkanlarının genişləndirilməsi işlərinin bir hissəsi başa çatıb

Energetika Materials 3 Dekabr 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir E.İsmayılov/ Azfen şirkəti Bakı -Tbilis i-Ceyhan neft kəmərinin nəqi imkanlarının sutkada 1,2 mln. barelədək genişləndirilməsi çərçivəsində, Səngəçal terminalında görüləcək işləri başa çatdırıb. Bu barədə çərşənbə günü terminalda işlərə yaxın mənbədən bildiriblər.

"Boru kəmərinin nəql imkanlarının genişləndirilməsi üzrə işləri Azfen şirkəti aparmır, lakin şirkət terminalda bunun üçün lazım olan işləri başa çatdırıb", - deyə mənbə bildirib.

Mənbə terminalda hansı konkret işlərin aparıldığını bildirməyib.

BP şirktinin Türkiyədəki mətbuat katibi Murad Lekont əvvəllər telefonla Trend -a bildirib ki, 2009-cu ilin əvvəlindən BTC neft kəmərinin nəql gücü sutkada 1,2 mln. barelə çatdırılacaq. Onun genişləndirilməsi üzrə işlər ilin sonunadək başa çatdırılmalıdır.

Lekont qeyd edi ki, boru kəmərinin nəql gücünün sutkada 1,6 mln. barel neftədək genişləndirilməsi hələ nəzərdən keçirilmir.

Bakı -Tbilisi - Ceyhan (BTC) neft kəmərinin nəql gücünün sutkada 1 mln. bareldən 1,2 mln. barelədək genişləndirilməsinin dəyəri 69 mln. dollar qiymətləndirilir. Bu vəsaitlər hesabına boru kəmərində kimyəvi reagentlərin tətbiqi üçün avadanlıq quraşdırılacaq. Hazırda işlər Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində aparılır.

Boru kəməri ilə sutkada təxminən 600 min barel neft nəql edilir.

2007- ci ilin aprelindən Azərbaycan neftinin dünya bazarlarına tədarükü, əsasən, Bakı,-Tblisi -Ceyhan boru kməri ilə həyata keçirilir. Ötən il ərzində buboru kəməri ilə 28 mln. ton neft nəql olnub. BTC üzrə neft ixracına başlanandan boru kəməri 45 mln. tondan çox neft ixrac olunub.

BTC - nin tikintisi 4 mlrd. dollara başa gəlib. Tikinti işləri, boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bu xərclərə daxil deyil. Maliyyə kreditinin ümumi məbləği 2,6 mlrd. təşkil edir.

"BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı- capital

Xəbər lenti

Xəbər lenti