...

Azərbaycan neftin dəyərini qaldırmaq üçün onun hasilatını azalda bilər – nazir

Energetika Materials 17 Dekabr 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend / "Azərbaycan OPEK-in neft hasilatının azaldılması barədə qərar qəbul edəcəyi təqdirdə, şəxsi neft hasilatını sutkda 300 min barel azaltmağa hazırdır", - deyə çərşənbə günü RİA -Novosti-yə kartelə üzv ölkələrin iclasında iştirak məqsədi ilə Əlcəzairdə olan respublikanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Bizim neft hasilatını sutkada 300 min barel azaltmağa real imkanlarımız var: hazırda biz 840 min barel hasil edirik, yaxın aylarda 540 min barel hasil edəcəyik və biz Azərbaycanda neft hasilatının bu səviyyəsini saxlayacağıq", - deyə Əliyev bildirib.

OPEK çərşənbə günü keçirilən iclasında yanvarın 1- dən neft hasilatı kvotalarının ümumilikdə sutkada iki mln. barel azaldılması barədə qərar qəbul edib.

Əliyev qeyd edib ki, Azərbaycan OPEK-in neft hasilatının azaldılması barədə qərarını dəstəkləyə bilər, həmçinin, ölkənin gələcəkdə bu təşkilata daxil olması ehtimalını istisna etməyib.

Onun sözlərinə görə, Azərbaycanın OPEK-ə daxil olması məsələsi bazarda neft qiymətlərinin necə olacağından asılıdır. Nazirin fikrincə, qiymətlərin cari səviyyəsi ədalətli deyil və kartelin qərarı qiymətlərin uzunmüddətli dövrdə qabaqcadan bilinən olmasına yardım göstərməlidir.

Əliyev bildirib ki, Azərbaycan neft qiymətlərinin 65 - 80 dollar olmasını ədalətli hesab edir.

"Ədalətli qiymət 65 - 80 dollar diapazonundadır", - deyə nazir qeyd edib.

Əlyev vurğulayıb ki, digər ölkələrə nisbətən Azərbaycanda neft hasilatının maya dəyəri aşağıdır, xüsusilə də layihələr bir barel üçün 20 dollardan hesablanıb. Lakin Azərbaycanın dövlət büdcəsində neftin qiymətləri 70 dollar həcmində qeydə alınıb və bu qiymətin nəzərdə tutulandan aşağı düşməsi vəsait çatışmazlığına gətirib çıxara bilər. Bununla yanaşı, nazir qeyd edib ki, bu çatışmazlıq ölkənin Neft Fondu ehtiyatları hesabına ödənə bilər.

Əliyev OPEK-in hasilatın azaldılmasına dair qərarının neft qiymətlərinin artmasına səbəb olacağına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti