...

Yanvar - oktyabrda ABŞ Azərbaycandan neft idxalını 57 faiz artırıb

Energetika Materials 6 Yanvar 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend / 2008 - ci ilin yanvar-oktyabrında ABŞ Azərbaycandan 22,3 mln. barel neft idxal edib. 2007-ci ilin analoji dövründə bu rəqəm 14,2 mln. barel olub, - ABŞ-ın Dövlət Enerji İnformasiyası İdarəsinin (EİA) məlumatında deyilir.

2007-ci ildə ABŞ Azərbaycandan 2006-cı ildəki 9,7 mln. barelə qarşı 20,6 mln. barel neft idxal edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu Bakı - Tbilisi - Ceyhan boru kəməridir. Neft bu kəmərlə Türkiyənin Ceyhan limanına çatdırılır.

Azərbaycanın yüngül nefti Bakı - Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına nəql olunur və buradan ixrac edilir.

Neft Bakıdan dəmir yolu ilə çatdırılaraq, Gürcütsanın Batumi Qara dəniz limanından və Bakı -Novorossiysk boru kəməri ilə nəql edilərək, Novorossiysk limanından ixrac olunur.

Xəbər lenti

Xəbər lenti