...

Gürcüstanın neft və qaz agentliyi Hindistanın iki şirkəti ilə neft və qazın axtarışı üzrə lisenziya bloklarının işlənilməsi üzrə  saziş bağlayıb

Energetika Materials 15 Yanvar 2009 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Hindistanın "Candal petroleum" və "Enserç petroleum" axtarış işləri, neft və qazın hasilatının aparılması hüququnu əldə ediblər. Bu gün bu şirkətlər və Gürcüstanın Neft və Qaz Agentliyi arasında saziş imzalanıb.

Ötən il adları çəkilən şirkətlər Kvemo Kartli, Quriya, Acariya və Kaxeti regionlarında neft və qaz axtarışı, yataqların işlənilməsinə dair beynəlxalq tenderin qalibi olublar, - sənəd imzalandıqdan sonra agentliyin rəhbəri Giorgi Tatişvili bildirib.

Hindistan tərəfi dörd il ərzində 150 mln. dollar sərmayə yatırmalıdır. Gürcüstanın dövlət büdcəsi bu il bonus şəklində 17,4 mln. dollar alacaq.

Energetika naziri Aleksandr Hetaquri jurnalistlərə bildirib ki, mənfəətdən paylar aşağıdakı şəkildə bölünəcək - Hindistan şirkətləri yatırılmış sərmayələri qaytaranadək, Gürcüstan dövləti mənfəətin 60 faizini, Hindistan şirkəti 40 faizini alacaq. Xərclər ödənildikdən sonra, dövlət artıq 70 faiz alacaq.

"Candal petroleum" işlənilməsi üçün üç lisenziya bloku, yəni ümumi işlənilən ərazinin 85 faizini, "Enserç Petroleum" isə, iki blok - 15 faizini alacaq.

Saziş 25 il müddətinə bağlanılıb.

Xəbər lenti

Xəbər lenti