...

SOCAR şirkəti həcmli geofiziki tədqiqatlar aparıb

Energetika Materials 21 Yanvar 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend / SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Geofizika və Geologiya İdarəsi 2008-ci ildə INPUT/OUTPUT çoxkanallı seysmik stansiyanın tətbiqi nəticəsində geofiziki işləri əhəmiyyətli dərəcədə genişləndirib və "Cəfərli" perspektivli strukturunun şimal-şərq və şərq hissələri üzrə təkliflər təqdim edib. Bu barədə SOCAR-ın məlumatında bildirilir.

"Cəfərli" və "Ağaməmmədli" strukturları arasında və Hacıqasımlı sahəsindən cənubi-şərqdə 2 yeni qalxım haqqında məlumat əldə olunub.

Kompleks geofiziki tədqiqatlar nəticəsində Qazanbulaq-Ziyadxan-Çaylı sahələrinin geoloji və tektonik quruluşu dəqiqləşdirilib. Ümumi dərinlik nöqtəsi üsulu ilə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində Mezozoy çöküntülərinin daxili quruluşu barədə informasiya əldə olunub. Tədqiqatlar nəticəsində yataqtipli anomaliyalar qeydə alınıb.

Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi 2008-ci ildə Xəzər dənizinin Türkmənistan və Rusiya şelfində də mühəndis-geoloji qazma işləri aparıb.

Azərbaycanın ayrı-ayrı neft və qazlı rayonları üzrə 70-dən artıq yataq haqqında məlumatlar toplanaraq sorğu-məlumat toplusu şəklində hazırlanıb.      

Xəbər lenti

Xəbər lenti