...

Güclü qasırğa Qərbi Gürcüstanı işıqsız qoyub

Energetika Materials 24 Yanvar 2009 14:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstanın qərb ərazisinin böyük hissəsi elektrik enerjisiz qalıb", -  ölkənin Enerji Nazirliyindən xəbər verilib.

"Güclü qasırğanın daxili və magistral elektrik enerjisi ötürücülərini sıradan çıxarması səbəbindən, bütün Qərbi Gürcüstan elektrik enerjisiz qalıb. Bu gün energetiklər elektrik enerjisi verilişini EVX ilə bərpa etməyə çalışacaqlar. Ancaq bu, qoşulmada bəzi problemlər yarada bilər", -  idarənin məlumatında deyilir.

"Gürcüstan Elektrik Sistemi" və "Gürcüstan Enerqo-pro" şirkətinin briqadaları artıq sistem və sistemdaxili veriliş xətlərinin zədələnən hissələrinin tapılması üzrə işə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti