...

Şərqi Gürcüstana elektrik enerjisi verilişi bərpa edilib

Energetika Materials 2 Fevral 2009 11:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər Şərqi Gürcüstana elektrik enerjisi verilişi tamamilə barpa edilib. Gürcüstanın Energetika Nazirliyindən Trend -a verilən məlumata görə, dünən gecə yarası "Kartli-2" EÖX-də baş verən qəza nəticəsində bütün Şərqi Gürcüstana cərəyan verilişi kəsilib. Belə ki, İnquri SES-dən elektirik enerjisi verilişi dayandırılıb.

Qəzaya səbəb şəbəkədə qısa qapanmalar olub ki, bu da TbilQRES-in doqquzuncu enerji blokunun avtomatik dayanmasına gətirib çıxarıb. Qəzanın baş verməsi Qərbi Gürcüstanda güclü küləyin olması ilə izah olunur.

Səhərədək Şərqi Gürcüstanın enerji təchizatı bərpa olunub, Tbilisi isə dünən axşamdan elektirik enerjisi almağa başlayıb.

Energetika Nazirliyinin məlumatlarına görə, EÖX-da təmir bir neçə gün davam edib, lakin Şərqi Gürcüstana elektirik verilişi üçün ehtiyat imkanlar işə salınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti