Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir S.Babayeva / Cari lin yanvarında "Azneftkimyamash" ASC 2008-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə istehsalı 10 faiz azaldıb. Bu barədə cümə günü ASC-dən bildiriblər.
Ay ərzində 2,5 mln. manat həcmində neft-mədən, geoloji-axtarış avadanlıqları, alətlər və ehtiyat hissləri istehsal olunub.
Bu dövr ərzində Suraxanı maşınqayırma zavodu 562 mln. manat, "Baki fəhləsi" zavodu 300 min manat, Sabunçu EİB 245 min manat, Bakı neft-mədən maşınqayırma zavodu 392 min manat, Səttərxan adına zavod 261 min manat həcmində məhsul istehsal edib.
"Azneftkimyamash" ASC Respublika prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamı ilə "Azneftkimyamash" dövlət şirkətinin bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruktor institutu daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]