...

ABŞ İranın "Nabukko" layihəsində iştirakına qarşıdır - amerikalı diplomat

Energetika Materials 12 Mart 2009 18:26 (UTC +04:00)
ABŞ İranın "Nabukko" layihəsində iştirakına qarşıdır - amerikalı diplomat

"ABŞ hələ ki, İranın Rusiyanı keçərək Xəzər dənizi rayonundan Avropaya təbii qaz tədarükü üzrə "Nabukko" layihəsinin həyata keçirilməsində iştirakına qarşı çıxış edir", - cümə axşamı ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza Ankarada, neft və qaz üzrə beynəlxalq konfransda iştirak edərkən deyib. Bu barədə RİA Novosti yazır.

"Cari mərhələdə ABŞ administrasiyası İranın "Nabukko" layihəsində iştirakına qarşıdır", - amerikalı diplomat NTV telekanalına müsahibəsində bildirib.

7,3 milyard dollar dəyərində qiymətləndirilən "Nabukko" layihəsi artıq Türkiyədən keçən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı olacaq və ildə 20-30 milyard kubmetr qaz tədarükünə hesablanıb.

Bu magistralın qazla doldurulmasına təminat verilən "Nabukko" üzrə danışıqlar uzun illərdir ki, davam edir. Bu danışıqlar 2009-cu ilin əvvəlində baş verən Rusiya-Ukrayna qaz münaqişəsindən sonra fəallaşıb.

Qaz kəmərinin tikintisinə 2011-ci ildə, bu kəmərlə qaz tədarükünün başlanması 2014-cü ilə planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti