...

Azərbaycan neftinin qiyməti: 9-13 mart həftəsinin yekunları

Energetika Materials 16 Mart 2009 15:12 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 9-13 mart həftəsinin yekunları

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir A.Bədəlova /

9-13 mart həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $45,79/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,03/barr çoxdur. 

9-13 mart həftəsində AZERI LT neftinin maksimal qiyməti $46,95/barr, minimal qiyməti isə $44,37/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

9-13 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $41,94/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,13/barr azdır.

0-13 mart həftəsində URALS neftinin maksimal qiyməti $42,92/barr, minimal qiymət isə $40,6/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

9-13 mart həftəsində Brent Dated neftinin orta qiyməti $43,89/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,33/barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $45,19/barr, minimal qiymət isə $42,61/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti