...

Dünya sənayesindəki durğunluq enerji daşıyıcılarının istehlakını azaldır – SOCAR prezidenti

Energetika Materials 19 Mart 2009 20:03 (UTC +04:00)
Dünya sənayesindəki durğunluq enerji daşıyıcılarının istehlakını azaldır – SOCAR prezidenti

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir İ.Xəlilova /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev hesab edir ki, neft qiymətlərindəki dəyişikliklərinin əsas səbəbi dünya istehlakı ilə əlaqədardır və bu gün dünya sənayesində durğunluq mövcuddur. Bu durğunluq enerji daşıyıcılarının istehlakını azaldır.

"Bu proses 2009-cu il ərzində davam edəcək", - deyə Abdullayev bildirib.

"Neft istehsalının azalması və çoxalmasının əsas səbəbi onun qiymətindəki dəyişikliklərlə bağlı deyil", - deyə Abdullayev bildirib. 

"Azərbaycanda neft məhsullarının qiymətinin dəyişilməsi nəzərdə tutulmur, - SOCAR-ın prezidenti əlavə edib. - Bu qiymətlər Azərbaycanın Tarif Şurası tərəfindən nizamlanır və beynəlxalq neft qiymətlərindən asılı deyil. Azərbaycanın neft məhsullarının qiymətləri ölkə bazarlarındakı vəziyyətdən asılı olaraq dəyişir".

"SOCAR bu qiymətlərin dəyişilməsi ilə əlaqədar müraciətlə çıxış etməyib", - deyə Abdullayev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti