...

"Azərenerji" şəbəkələrində elektrik enerjisinə tələbat 22,4 faiz azalıb

Energetika Materials 31 Mart 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

Fevralda Azərbaycanın 46 rayon şəbəkəsində ("Azərenerji" SC-nin idarəçiliyində olan) elektrik enerjisinə tələbat həcmi 2008-ci ilin analoji dövrünün 469,9 mln. kVt/saatından 364,6 mln. kVt/saatadək azalıb. Bu barədə "Azərenerji" SC-nin çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Fevralda istehlakçılar tərəfindən istifadə olunan elektrik enerjisinə görə ödəniş 66,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 4,8 faiz çoxdur.

Əhali arasında elektrik enerjisinə tələbat da ötən ilin göstəricisinə nisbətdə 97,5 mln. kVt/saat azalıb və fevralda 121,4 mln. kVt/saatdan çox elektrik enerjisi təşkil edib. Fevralda əhali arasında ödəmə 83,5 faiz (7,5 faiz artım) təşkil edib.

Xəbər lenti

Xəbər lenti