...

SOCAR maye qaz istehsalını artırıb

Energetika Materials 9 Aprel 2009 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ) "H.Əliyev adına" Bakı Neft Emalı Zavodu (keçmiş "Azərneftyanacaq") tərəfindən ötən ilin yanvar-mart ayının 37,19 min tonuna nisbətdə 38 min ton maye qaz istehsal olunub.

Martda NEZ-də 14,35 min ton maye qaz əldə olunub.

2008-ci ildə SOCAR tərəfindən təqribən 181,13 min ton maye qaz istehsal olunub. 2007-ci ildə bu göstərici 145,03 min ton təşkil edib. İstehsal olunan maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edib.

2006-cı ildə butan-butilen fraksiyası istehsalı həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

2008-ci ildə, 2007 və 2006-cı illərdə olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalı 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti