...

Azərbaycanın şimalında yeni elektrik stansiyasının inşası davam edir

Energetika Materials 10 Aprel 2009 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend /

"110 kilovoltluq yarımstansiyada 4 transformatorun quraşdırılması ilə bağlı işlər tamamlanıb. Sözügedən yarımstansiyanın köməyi ilə tikilməkdə olan 105 meqavatlıq Quba elektrostansiyasına enerji verilməsi həyata keçiriləcək", - "Azərenerji" SC-nin cümə günü yayılan bəyanatında deyilir. Hazırda yarımstansiyada kabellərin çəkilməsi işləri aparılır.

14 hektar sahəsi olan stansiya ərazisində lahiyələndirmə işləri başa çatıb.

Quba elektrostansiyası Azərbaycanın mühüm enerji obyektlərindən biridir. Stansiyanın inşası ilə bağlı işlər sürətli şəkildə aparılır. Stansiya 8,7 meqavat gücündə 12 aqreqatdan ibarət olacaq.

Yeni stansiya "Leze" dağ-xizək kompleksini enerji ilə təmin etməkdən ötrü nəzərdə tutulub. Bununla yanaşı, stansiya Quba və Qusar rayonlarının enerji təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti