...

SOCAR neftlə çirklənmiş torpaqların rekultivasiyasını davam etdirir

Energetika Materials 22 Aprel 2009 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir E.İsmayılov /

"SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2007-ci ildən etibarən "Bibiheybət" neft-qaz istehsalat idarəsinin (NQİİ) meydançalarında - 186 hektar ərazidə mexaniki rekultivasiya işləri aparıb", - çərşənbə günü SOCAR-ın ekologiya idarəsinin baş mühəndisi Nazim Qafarov deyib. "Bibiheybət" Azərbaycanın ən qədim neft yatağıdır.

Qafarov deyib ki, SOCAR, həmçinin NQİİ-nin 35 hektarlıq ərazisində bioloji reabilitasiya işləri aparıb, bu işlər indi də davam etdirilir".

NQİİ ərazisində 42 min ağac əkilib. "2007-ci ildə başlanılan işlərə Bakının mərkəzinə daha yaxın olması səbəbindən ilk növbədə "Bibiheybət"də start verilib", - Qafarov deyib.

"Bibiheybət" NQİİ-nin ümumi ərazisi 536 hektardır.

Bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlər planı çərçivəsində aparılır.

Qafarov qeyd edib ki, hazırda ölkədə karbohidrogenlərin istehsalı prosesində xeyli dərəcədə çirklənmiş yeddi min hektara yaxın torpaq var. 2010-cu ilə qədər fəaliyyət planı çərçivəsində çirklənmiş 3,5 min hektar ərazinin təmizlənməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti