...

Dünya böhranı iri enerji layihələrinin reallaşmasını ləngitməməlidir – nazir

Energetika Materials 24 Aprel 2009 15:05 (UTC +04:00)
Dünya böhranı iri enerji layihələrinin reallaşmasını ləngitməməlidir – nazir

Azərbaycan, Bakı, 24 aprel / Trend /

Bolqarvstan KİV-nin verdiyi məlumata əsasən, hazırda Sofiyada keçirilən "Avropa üçün təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq" qaz sammitində Bolqarıstanın iqtisadiyat və energetika naziri Peter Dimitrov deyib ki, dünya böhranı iri enerji layihələrinin reallaşmasını ləngitməməlidir.

Avropanın enerji təhlükəsizliyi müzakirə olunan görüşdə "Nabukko" layihəsi çərçivəsində layihə iştirakçıları və tranzit ölkələr arasında "Dəhliz razılaşması" haqqında sənəd imzalanacağı planlaşdırılır.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Bolqarıstanda keçirilən qaz sammitində Avropa və Mərkəzi Asiyadan 28 ölkə, eləcə də ABŞ iştirak edir. Sammit Bolqarıstan Prezidenti Qeorqiy Pırvanovun təşəbbüsü ilə keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinə sənaye və energetika naziri Natiq Əliyev başçılıq edir.

Dövlət başçıları və enerji şirkətləri nümayəndələri "Nabukko" üzrə Budapeşt sammiti çərçivəsində Orta Asiya və Xəzər qazının Rusiya və Ukraynadan yan keçərək nəqli ilə bağlı müzakirə olunmuş mövzular üzərində işləyirllər.

Sammitin yekunu olaraq enerji təhlükəsizliyinə aid birgə qətnamənin imzalanacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti