...

Bir barelə görə 40-45 dollar böhrandan çıxış üçün optimal qiymətdir – Qətər əmiri

Energetika Materials 25 Aprel 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir А.Bədəlova / 

"Neftin hazırkı 40-45 dollar dəhlizindəki qiymətləri inkişaf etməkdə olan ölkələrə böhrandan çıxmağa kömək edə bilər", - Sofiyada "Avropa üçün təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq" qaz sammitində, çıxışının mətni sammitin rəsmi saytında yerləşdirilmiş Qətər əmiri şeyx Həməd bin Xəlifə deyib.

"İqtisadi böhranın səbəbləri sırf maliyyə xarakterli olsa da, enerji daşıyıcıları qiymətinin düşməsinin səbəbi məhz bu böhrandır. Mən hesab edirəm ki, neftin bir barelinə görə 40-45 dollar səviyyəsində qalması idxalçı ölkələrə, xüsusilə də inkişaf etməkdə olan ölkələrə böhrandan çıxmağa kömək edəcək", - bin Xəlifə deyib.

Əmirin sözlərinə görə, son zamanlar bir çox milli və beynəlxalq şirkətlər bir sıra enerji planlarını maliyyə vəsaitlərinin çatışmazlığı, yaxud enerji daşıyıcılarının aşağı qiyməti şəraitində iqtisadi qeyri-rentabelliyi səbəbindən ya ertələyib, ya da ümumiyyətlə onlardan imtina edib.

Onun sözlərinə görə, bu durum enerji mənbələrinin sayının artırılmasına mənfi təsir göstərir.    

Bin Xəlifə istehsalçı və istehlakçı ölkələr arasında dialoqun vacibliyini qeyd edib. Bunda məqsəd istehsal və enerji daşıyıcılarının qiymətlərinin ümumi məqsədlərə cavab verən, iqtisadi artım və sosial inkişafa lazım olan tədarük həcminin fasiləsizliyini təmin edən səviyyədə saxlamaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti