...

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir - prezident İlham Əliyev

Energetika Materials 28 Aprel 2009 21:53 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir - prezident İlham Əliyev

Brüsseldə  səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə danışıqların yekununa dair birgə mətbuat konfransı keçiriblər. Bu haqda xəbəri AzərTac dövlət agentliyi yayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandumun imzalandığını xatırladıb və qeyd edib ki, tərəflər arasında enerji sahəsində yüksək əməkdaşlıq var.
Ölkəmizin iqtisadi nailiyyətlərindən danışan prezident İlham Əliyev neft-qaz sektorunda da Azərbaycanın nəhəng layihələrə imza atdığını, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu deyib.

Öz növbəsində Joze Manuel Barrozu Azərbaycan prezidenti ilə aparılan danışıqların faydalı olduğunu bildirib və qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının vacib tərəfdaşıdır. Ölkəmizin dinamik iqtisadi inkişafını vurğulayan Joze Manuel Barrozu deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq getdikcə genişlənir. O qeyd edib ki, Azərbaycanın neft-qaz sektorunda böyük potensialı var və Avropa İttifaqı bu sahədə ölkəmizlə əməkdaşlığa mühüm önəm verir.

Joze Manuel Barrozu Azərbaycanın tranzit ölkə kimi də imkanlarını yüksək qiymətləndirib.
Sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarına cavab veriblər.

Xəbər lenti

Xəbər lenti