...

Azərbaycan düzgün priventiv iqtisadi siyasət yürüdür – Prezident Administrasiyasının rəhbəri

Energetika Materials 2 May 2009 12:39 (UTC +04:00)
Azərbaycan düzgün priventiv iqtisadi siyasət yürüdür – Prezident Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir C.Babayeva /

Neftin qiymətinin dünya bazarında aşağı düşməsi heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına da müəyyən təsir göstərə bilər və bilir. Bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev şənbə günü Bakıda keçirilən "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" adlı beynəlxalq elmi konfransda çıxış edərkən bildirib.

"Lakin bütün bunların qabaqcadan proqnozlaşdırılması, yeni ölkə iqtisadiyyatının yalnız neft amilindən asılı olmaması və qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan rəhbərliyinin problemləri öncədən görə bilən priventiv siyasət həyata keçirməsindən xəbər verir", - deyə Mehdiyev bildirib.

Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, dünyada baş verən proseslər düzgün iqtisadi siyasətin aparılması zərurətini bir daha sübut edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti