...

Azərbaycanda mazutun yeni keyfiyyət standartı təsdiq edilib

Energetika Materials 15 May 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.İsmayılov /

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda birbaşa qovulmuş mazut istehsalı üçün yeni keyfiyyət standartını təsdiq edib. Bu barədə cümə günü Y.Q.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun neft və neft-kimya məhsullarının standartlaşdırılması laboratoriyasının rəhbəri Qasım Qasımov bildirib.

"Yeni standart artıq təsdiq edilib və bu? neft məhsulunun istehsal olunduğu "Azneftyağ" neft emalı zavoduna təqdim edilib. Zavod artıq məhsulu təqdim olunmuş standart üzrə istehsal edir", - deyə Qasımov bildirib.

Onun sözlərinə görə, "Azneftyağ" NEZ-də istehsal olunan birbaşa qovulmuş mazut Heydər Əliyev adına neft emalı zavodunda katolik krekinqin (benzin fraksiyaları və maye qazın istehsal olunduğu) quraşdırılması üçün itifadə olunur. "Bu məhsul digər məqsədlər üçün istifadə oluna bilməz", - deyə Qasımov bildirib.

Qasımov bu neft məhsulunun yeni standartlarının texoloji göztəricilərini açıqlamayıb.

Əvvllər Azərbaycanda birbaşa qovulmuş mazut hələ Sovet dövründə təsdiq edilmiş standartlar əsasında istehsal olunurdu.

Azərbaycanda neft məhsulları ümumi istehsal gücü ildə 20 mln. ton neft olan Bakının iki neft emalı zavodunda istehsal olunur. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quru və dənizdə yerləşən yataqlardan hasil etdiyi təqribən yeddi mln. ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti