...

Yanvar-apreldə Azərbaycanda neft və qaz hasilatı artıb

Energetika Materials 15 May 2009 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend /

Yanvar-apreldə Azərbaycanda təqribən 16 mln. ton neft və kondensat hasil edilib ki, bu da 2008-ci ilin analoji dövründəki neft və kondensat həcmindən 0,9 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-apreldə neft hasilatı həcmi əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb. ABƏŞ bu dövr ərzində "Azəri-Çıraq-Günəşli" yataqları blokundan və "Şahdəniz" qazkondensat yatağından ötən ilin analoji dövrünün 12,9 mln. tonuna nisbətdə 13,1 mln. ton neft və qazkondensat hasil edib.

Yanvar-apreldə Azərbaycanda qaz hasilatı təqribən səkkiz mlrd. kubmetr təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" yataqlar bloku (səmt qazı) və "Şahdəniz" yatağının payına təqribən dörd mlrd. kub metr qaz düşüb. Bu göstərici ötən ilin analoji dövründə təqribən üç mlrd. kubmetrə bərabər olub.

2009-cu ilin yanvar-aprelində Azərbaycanda 7,1 mlrd. kiloVatt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 7,3 faiz azdır.

Xəbər lenti

Xəbər lenti