...

Apreldə SOCAR 450 min tondan çox neft emal edib

Energetika Materials 18 May 2009 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

"Bu ilin yanvar-aprelində SOCAR tərəfindən neft-emalı zavodlarına təxminən 2 milyon ton neft ötürülüb. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 2,46 milyon ton olub", - şirkətin məlumatında deyilir. Apreldə Dövlət Neft şirkəti emala 497,5 min ton neft göndərib.

2008-ci ildə SOCAR emal üçün 7,4 milyon ton neft göndərib.

Azərbaycanda cəmi iki Neft Emalı Zavodu (NEZ) var - bu Heydər Əliyev adına və Azneftyağ NEZ-ləridir. Birinci NEZ-də əsasən ağ, ikincisində qara neft məhsulları istehsal olunur. İki zavodun məcmu gücü - ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Azərbaycanda 57 neft-qaz yatağı var ki, onlardan da 18-i dənizdə, qalanları quruda yerləşir. SOCAR-ın əməkdaş ştatında bu gün üçün 62 mindən çox əməkdaş var.

Xəbər lenti

Xəbər lenti