...

"Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi zamanı əldə olunacaq qazın alınması ilə bağlı bütün qonşu dövlətlərdən təkliflər gəlib – SOCAR-ın vitse-prezidenti

Energetika Materials 4 İyun 2009 16:24 (UTC +04:00)
Фото Эльшад Насиров
"Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi zamanı əldə olunacaq qazın alınması ilə bağlı bütün qonşu dövlətlərdən təkliflər gəlib – SOCAR-ın vitse-prezidenti

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.İsmayılov /

"Bu il Azərbaycanda əldə olunacaq 27 milyard kubmetr qazın 8 milyardı ixrac olunacaq", - cümə axşamı Bakıdakı Oil&Gas 2009 konfransıında SOCAR-ın sərmayə və marketinq üzrə birinci vitse-prezidenti Elşad Nəsirov deyib.

Hazırda Azərbaycan qazının nəqli Bakı-Tbilisi-Ərzurum, Azərbaycan-Gürcüstan qaz kəmərləri, həmçinin Naxçıvan MR-ə tədarük əvəzinə İran istiqamətində aparılır.

Nəsirov deyib ki, Azərbaycanda qaz hasilatı "Şahdəniz" yatağının ikinci mərhələsinin realizəsinin başlanması, ölkədəki digər perspektiv strukturların işlənməsi, eləcə də "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda qaz hasilatının başlanması və bütün bu yataqlarda əldə olunan səmt qazının artımından sonra çaoxalacaq.

"Azərbaycan qazının nəqlinin əsas prinsiplərindən biri, istehsalçı ölkənin xeyrinin nəzərə alınması ilə istənilən nəqliyyat dəhlizindən istifadə olunmasıdır", - Nəsirov bildirib.

"Bu gün Azərbaycan qazının Rusiya ərazisi ilə nəqli variantlarına baxılır, ancaq təklif olunan marşrutların böyük hissəsinin Türkiyə ərazisindən nəqli nəzərdə tutur", - SOCAR-ın vitse-prezidenti deyib.

Hazırda qazın nəqli üzrə hər üç təklif olunan variant - "Nabukko", İTGİ və TAP-ın kommersiya cəhətdən sərfəliliyi yoxlanılır. Danışıqlar prosesində həm istehsalçı, həm istehlakçı, həm də tranzit tərəfin maraqları nəzərə alınmalıdır.

Hazırda Azərbaycan və Türkiyə arasında tranzit müqaviləsinin imzalanması üzrə danışıqlar aparılır. "Danışıqlar fəallaşıb, prosesin başa çatması uzaqda deyil", - Nəsirov bildirib.

"Uğur ondan ibarətdir ki, türk tərəfi nəqliyyat marşrutlarının seçimi, eləcə də son çatdırılma nöqtələri haqqında qərarlara müdaxilə etməyəcək. Bununla yanaşı, Azərbaycan və Türkiyə arasında "Şahdəniz" yatağının birinci mərhələsinin realizəsi çərçivəsində qazın qiymətləri ətrafında danışıqlarda irəliləyiş var", - Nəsirov bildirib.

"Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi zamanı əldə olunacaq qazın alınması ilə bağlı təkliflər bütün qonşu dövlətlərdən, o cümlədən sərfəli təklif irəli sürən İrandan da gəlib", - SOCAR-ın vitse-prezidenti deyib.

"Rusiya ilə danışıqlar 2010-cu ilə başlanması gözlənilən "svop" tədarükü çərçivəsində kiçik həcmlərlə məhdudlaşmır. Danışıqların mövzusu "Şahdəniz", eləcə də Azərbaycanın digər yataqlarından çıxarılan böyük həcmdə qazlardır", - Nəsirov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti