...

ABŞ dünya neft tələbatının iki faiz azalmasını proqnozlaşdırır

Energetika Materials 10 İyun 2009 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir A.Bədəlova /

ABŞ-ın Energetika İnformasiyası üzrə Dövlət idarəsi (EIA) dünyanın neft tələbatının 2009-cu il ərzində sutkada 1.75 milyon bareldən sutkada 83,68 milyon barelə kimi azalacağını proqnozlaşdırır.

Dünyanın neftə olan  tələbatının azalma dərəcəsi ilin sonunda aşağı düşəcək, bu barədə EIA-nın iyun məruzəsində deyilir. Bu il ərzində sutkada 1,8 milyon barel azalmadan sonra gözlənilən müsbət iqtisadi artımdan növbəti ildə tələbat 0,7 milyon bareldən sutkada 84,41 milyon barelə kimi artacaq.

EIA-nın proqnozlarına görə, 2009-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilat (İƏİT) ölkələrində neftə tələbat sutka ərzində 45,39 milyon barel təşkil edəcək və bu ötən ilə nisbətdə sutka ərzində 1,94 milyon barel azdır. İƏİT tərkibində olmayan ölkələrdə bu il neftə tələbat sutka ərzində 38,28 milyon barel təşkil edəcək və bu ötən ilin tələbatına nisbətdə 0,17 milyon barel artıqdır.

İƏİT-də gələn il istehlakın payı sutka ərzində 45,26 milyon barel, təşkilata daxil olmayan ölkələrdə 39,14 milyon barel təşkil edəcək.

2009-cu ilə EIA dünya tədarükünün sutka ərzində 1,99 milyon barel azalacağını proqnozlaşdırır. 2010-cu ildə proqnozlara görə, dünya tədarükü sutka ərzində 1 milyon barel artaraq 84,5 milyon barel olacaq.

İƏİT ölkələri 2009-cu ildə sutka ərzində 20,71 milyon barel, İƏİT-yə daxil olmayan ölkələr sutka ərzində 62,79 milyon barel neft tədarük edəcəklər. 2010-cu ildə İƏİT ölkələrinin tədarükü sutka ərzində 20,31 milyon barelə qədər azalacaq və həmin vaxt təşkilata daxil olmayan ölkələrdə tədarükün həcmi sutka ərzində 64,19 milyon barel artacaq.

Energetika İnformasiyası üzrə Dövlət  İdarəsi 1977-ci ildə Konqres tərəfindən yaradılıb və ABŞ-ın energetika üzrə statistik agentliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti