...

Azərbaycan paytaxtında may ayında qaz istehlakı azalıb

Energetika Materials 10 İyun 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir E.İsmayılov /

Yanvar-may aylarında "Bakqaz" İstehsalat Birliyi (Bakıda qazın paylaşdırılması və satışı) tərəfindən Bakının qaz sisteminə 1,4 milyard kubmetr məişət qazı verilib, bu barədə çərşənbə axşamı İB-dən bildirilib.

Mayda paytaxtın qaz sisteminə apreldə olan 226 milyon kubmetr qaza nisbətdə 141 milyon kubmetr qaz verilib.

Mənbədən bildirldiyi kimi, hazırda Bakının qaz sisteminə sutkalıq qaz tədarükü beş milyon kubmetr təşkil edir.

Paytaxtda qaz istehlakının həcminin azalması yay mövsümünün başlanması ilə əlaqədardır.

Ötən ildə İB tərəfindən Bakının qaz sisteminə 2,45 milyard kubmetr qaz tədarük edilib.

2008-ci ildə İB şəhərin qaz sisteminə qaz tədarükünün mövsümi rejimindən tamamilə imtina edib. O vaxtdan etibarən verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Mövsümi rejimin tətbiqi istehlakçıların əksəriyyətinin sayğaca malik olmaması ilə əlaqədar idi, sayğacların olmaması nəticəsində qaz əhali tərəfindən qeyri-rasional şəkildə istifadə olunurdu. Hazırda Bakının qaz şəbəkəsi abonentlərinin 100 faizi sayğacları ilə təmin olunub. Əvvəllər yay mövsümündə qazın sutkalıq tədarükü 3-4 milyon kubmetr, qışda isə 10-13 milyon kubmetr qaz təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti