...

BP Türkmənistanın təsdiqlənmiş qaz ehtiyatlarının dəyərləndirməsini üç dəfə artırıb

Energetika Materials 11 İyun 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir А.Bədəlova /

BP-nin qiymətləndirməsinə əsasən, Türkmənistanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları 7,94 trilyon kubmetr təşkil edir. 1 yanvar 2008-ci ildə bu rəqəm 2,43 trilyon kubmetr olub.

BP şirkətinin dünya enerjisi üzrə statistik icmalında deyilir ki, Türkmənistanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları ümumdünya qaz ehtiyatlarının 4,3 faizini təşkil edir.

2008-ci ildə Türkmənistanda qaz hasilatı 66,1 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 0,7 faiz çoxdur. BP-nin məlumatında deyilir.

BP-nin məlumatına görə, 2008-ci ildə Türkmənistanda qaz istehlakı 10,9 faiz azalaraq 19 milyard kubmetr təşkil edib.

BP-nin qiymətləndirməsinə əsasən, Türkmənistanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş neft ehtiyatları 0,6 milyard barel təşkil edir ki, bu da 2008-ci ilin əvvəlindəki rəqəmlə eynilik təşkil edir.

BP-nin məlumatına görə, 2008-ci ildə Türkmənistanda neft hasilatı sutkada 205 min barel təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 3,8 faiz çoxdur.

2008-ci ildə Türkmənistanda neft istehlakı 1,7 faiz artaraq sutkada 123 min barel təşkil edib, BP-nin məlumatında bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti