...

60-70$/barel - Azərbaycanda neft hasilatının davam etdirilməsi üçün səmərəli dəhlizdir - ARDNŞ prezidenti

Energetika Materials 15 İyun 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun / Trend , müxbir A.Hüseynbala /

Neftin hər bareli üçün 60-70$ dəyərində qiymət dəhlizi Azərbaycanda investisiya proqramlarının reallaşdırılmasının və karbohidrogen hasilatının davamı üçün səmərəlidir. Ötən həftə dünyada neftin qiyməti hər barel üçün 65-72 dollar  təşkil edib.

"Neftin qiymətləri düşdüyü zaman ARDNŞ bir sıra böyük layihələrin həyata keçirilməsini davam etdirdi və hələ də davam etdirir", - deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur ki, onların 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ əməkdaşlarının ştatı hazırda 60 min nəfərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti