Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir E.İsmayılov /
Bakıda yanvar-may aylarında istehlakçılar tərəfindən istifadə olunmuş elektrik enerjisi üzrə ödənişlər 72,7 faiz təşkil edir. Bu göstəricilər "Respublika" qəzetində çərşənbə günü dərc olunmuş ümumi cədvəldə göstərilir. May ayında bu göstərici 90,5 faiz təşkil edib.
Hesabata uyğun olaraq, yanvar-may aylarında elektrik enerjisinin istifadəsi üzrə ödənişlərin maksimal yığımı Bakının Nizami rayonunda müşahidə edilib. Belə ki, paytaxtın Sabunçu rayonundakı 46,7 faizə nisbətdə bu rayon üzrə ödənişlərin yığımı 94,9 faiz təşkil edib. May ayında Sabunçu rayonundakı 62,8 faizə nisbətdə Nəsimi rayonunda ödənişlərin yığımı 114,8 faiz təşkil edib.
Yanvar-may aylarında bütün ölkə üzrə elektrik enerjisinin istifadəsinə görə maksimal ödəniş yığımı Şirvan şəhərində müşahidə edilib. Belə ki, bu şəhərdə ödəniş yığımı 111,2 faiz təşkil edib. İstehlakçılar arasında minimal ödəniş yığımı Ağdam rayonunda müşahidə edilib, belə ki, bu rayonda ödəniş yığımı 58,6 faiz təşkil edib.
Ölkə üzrə yanvar-may aylarında elektrik enerjisinin istehlakına görə orta yığım 77,1 faiz təşkil edib, may ayında isə bu göstəricilər 90,9 faiz təşkil edib.