...

"Nabukko" üzrə hökumətlərarası müqavilə iyulda imzalanacaq - layihə üzrə nümayəndə

Energetika Materials 25 İyun 2009 15:25 (UTC +04:00)
фото трубы
"Nabukko" üzrə hökumətlərarası müqavilə iyulda imzalanacaq - layihə üzrə nümayəndə

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir A.Bədəlova /

"Nabukko" üzrə hökumətlərarası müqavilə iyulda Ankarada imzalanacaq, cümə axşamı  Trend -a OMV şirkətində "Nabukko" və beynəlxalq layihələr üzrə nümayəndə Kristian Dolezal (Christian Dolezal) bəyan edib.

Əvvəllər müqavilənin imzalanması iyunun sonuna planlaşdırılırdı. Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldızın bildirdiyinə görə, sənəd iyulda imzalanacaq.

Dolezalın sözlərinə görə, "Nabukko" layihəsi iştirakçı ölkələrin (Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə) nazirləri və Avropa Komissiyası tərəfindən imzalanacaq.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisi 2010-ci ilə nəzərdə tutulub. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Hökumətlərarsı müqavilənin imzalanmasından və injinirinq mərhələlərinin başa çatmasından sonra "open season" prosesi - qaz borusunun doldurulması üçün ərizə qəbulu başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti