...

İranda neft terminalı yanır

Energetika Materials 29 İyun 2009 13:51 (UTC +04:00)
İranda neft terminalı yanır

Azərbaycan, Bakı, 29 iyun / Trend /

"İranşəhr neft terminalında iki kerosin rezervuarında şənbə günü baş vermiş yanğını hələ də söndürmək mümkün olmayıb", - İranın MEHR agentliyi məlumat verib.

Agentliyin məlumatlarına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

"Yanğın 2,7 milyon litrlik iki kerosin rezervuarında şənbə günü baş verib. Rezervuarlardan biri tamamilə zədələnib", - Çabahar vilayətində neft məhsullarının bölünməsi üzrə İran şirkətinin direktoru Əliəskər Abbası deyib.

Onun sözlərinə görə, yanğının söndürülməsinə qonşu şəhərlərin yanğınsöndürənləri də cəlb edilib.

"Yanğının baş vermə səbəbi və dəyən zərərin həcmi müəyyənləşdirilir", - Abbası bildirib.

İranşəhr terminalı eyniadlı şəhərdən beş kilometr uzaqlıqda yerləşir. Terminalda ümumi tutumu 16 milyon litr kerosin və neft olan 6 rezervuar yerləşir.

Xəbər lenti

Xəbər lenti