...

Azərbaycan paytaxtında qaz istehlakı azalıb

Energetika Materials 21 İyul 2009 17:13 (UTC +04:00)
Yanvar-iyun aylarında "Bakqaz" İstehsalat Birliyi (Bakıda qazın paylanması və satışı) Bakının qaz sisteminə 1,5 milyard kubmetr məişət qazı ötürüb.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.İsmayılov /

Yanvar-iyun aylarında "Bakqaz" İstehsalat Birliyi (Bakıda qazın paylanması və satışı) Bakının qaz sisteminə 1,5 milyard kubmetr məişət qazı ötürüb. Bu barədə çərşənbə axşamı İB-dəki mənbədən bildirilib.

Mənbədən bildirildiyi kimi, iyun ayında paytaxtın qaz sisteminə 114 milyon kubmetr qaz ötürülüb. Bu göstərici may ayında 141 milyon kubmetr təşkil edib. Aprel ayında Bakının qaz sisteminə təxminən 226 milyon kubmetr qaz ötürülüb.

"Hazırda Bakının qaz sisteminə sutkalıq qaz verilişi 3,4-3,5 milyon kubmetr təşkil edir", - mənbədən bildirilib.

Paytaxtda qaz istehlakının həcminin azalması yay mövsümünün başlanması ilə əlaqədardır.

Ötən ildə İB Bakının qaz sisteminə 2,45 milyard kubmetr qaz ötürüb.

2008-ci ildə İB şəhərin qaz sisteminə qaz verilişinin mövsümi rejimindən (yay və qış mövsümü) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların sorğusu əsasında müəyyən edilir. Mövsümi rejimin tətbiqi əhalinin çox hissəsində sayğacların olmaması ilə əlaqədar idi ki, bunun da nəticəsində əhali qazdan qeyr-rasional şəkildə istifadə edirdi. Hazırda Bakının qaz şəbəkəsinin 100 faiz abunəçisi sayğaclarla təmin olunub. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda isə bu rəqəm 10-13 milyon kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti