...

Azərbaycan-Rusiya zavodu Azərbaycanın neft sənayesi üçün bentonit tozunun tədarükünə başlayıb

Energetika Materials 27 İyul 2009 14:34 (UTC +04:00)
Bentonit gilinin hasilatı və emalı üzrə "AzRosPromInvest" Azərbaycan-Rusiya zavodu Azeri M.I. Drilling ilə ilin sonuna qədər yerli bazara 3 min ton bentonit tozu tədarükü haqqında müqavilə imzalayıb.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir N. İsmayılova /

Bentonit gilinin hasilatı və emalı üzrə "AzRosPromInvest" Azərbaycan-Rusiya zavodu Azeri M.I. Drilling ilə ilin sonuna qədər yerli bazara 3 min ton bentonit tozu tədarükü haqqında müqavilə imzalayıb. Bu barədə bazar ertəsi BM-nin Direktorlar Şurasının sədri Natiq Şirinzadə məlumat verib. Hasilat Qazax rayonun "Daş Salahlı" rayonunda aparılır.

"Müqavilədə nəzərdə tutulan həcmdən min ton artıq tədarük edilib", - Şirinzadə deyib.

Onun sözlərinə görə, bentonit tozu ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) zavoduna istehsalatda istifadə üçün göndəriləcək. Bu, BM istehsalı olan, yerli bazarda reallaşdırılmış bentonit tozunun birinci partiyasıdır. Əvəllər məhsul Rusiya və MDB ölkələrinə ixrac edilirdi. 

"Gələcəkdə yerli bazara BM məhsulunun tədarükünün həcminin artırılması gözlənilmir. Onsuz da Azərbaycanda ona tələbatın həcmi aşağıdır", - Şirinzadə deyib.

"Daş Salahlı" yatağından bentonit gilinin hasilatı və emalı üzrə zavod artıq tam qurulub və artıq bu ilin əvvəlindən müstəqil fəaliyyətə başlayıb ki, bu da 2009-cu ilin ilk yarımilinin yekunlarına görə, BM-nin gəlir əldə etməsinə kömək edib.  

Zavodun istehsalat gücü ildə 250 min ton mexaniki aktivləşdirilmiş bentonit gilidir. Bunun da 100 min tonu bentonit tozu emalının payına düşür. BM-nin ərazisi 345 hektar təşkil edir. Bu torpaq sahələrindən 180 hektarı yataqların altındadır. Birgə layihə üzrə müqavilənin fəaliyyət müddəti əvvəl nəzərdə tutulan 25 ildən 50 ilədək uzadılıb.     

"Daş Salahlı" yatağının ehtiyatı 83 milyon tondur.

Azeri M.I. Drilling 1996-ci ildən ARDNŞ (51 faiz iştirak) və Azeri M.I. Drilling Fluids Company Ltd.-nin (49 faiz) birgə müəssisəsidir. Şirkətin fəaliyyət sferası kimya sənayesi məhsullarının istehsalı, onların hazırlanması və istehsalıdır. Müqavilə müddəti 15 ildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti