...

Azərbaycan Dövlət Neft Şirkəti İğdır-Naxçıvan qaz kəmərinin inşası üzrə bütün xərcləri öz üzərinə götürəcək

Energetika Materials 13 Avqust 2009 13:03 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti İğdır-Naxçıvan qaz kəmərinin inşası üzrə bütün xərcləri öz üzərinə götürəcək

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.İsmayılov /

İğdır (Türkiyə) - Naxçıvan (Azərbaycan) qaz kəmərinin inşası üzrə bütün xərcləri Azərbaycan Dövlət Neft Şirkəti tərəflər arasında öncədən imzalanmış memorandum çərçivəsində öz üzərinə götürəcək, cümə axşamı ARDNŞ-in başçısı Rövnəq Abdullayev bildirib.

"Azərbaycan və Türkiyə arasında imzalanan memoranduma əsasən, Türkiyə tərəfi qaz kəmərinin inşasına icazənin alınması və layihənin təsdiqlənməsi, ARDNŞ isə öz növbəsində boru kəmərinin maliyyələşdirilməsi və inşası üzrə işləri öz üzərinə götürəcək", - Abdullayev bildirib.

Abdullayevin sözlərinə əsasən, növbəti həftə ARDNŞ-in texniki qrupunun Ankaraya səfəri baş tutacaq. Ankarada Botaş (Türkiyənin Dövlət Borukəməri Şirkəti) şirkəti ilə qaz kəmərinin inşası, onun layihələndirilməsi və inşası üçün icazənin alınması məsələləri nəzərdən keçiriləcək.

Abdullayevin də qeyd etdiyi kimi, qaz kəmərinin inşası Naxçıvanının enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Hazırda Naxçıvana qaz svop əməliyyatları əsasında İrandan nəql edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti