...

Qazaxıstan külək enrjisinin inkişaf edirilməsinə dair assosiasiya yaratmaq fikrindədir

Energetika Materials 3 Sentyabr 2009 14:21 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 sentyabr / Trend , müxbir K.Konırova /

Cümə günü Astanada, Qazaxıstanda BMT-nin İnkişaf Proqramı ilə "Samruk-Enerqo" SC arasında elektrik enerjisinin alınması üçün bərpa olunan enerji mənbələrindən və Qazaxıstanda külək və günəş elektirik stansiyalarının inşası layihəsindən istifadə sahəsində əməkdaşlıq Memorandumunun imzalanması planlaşdırılıb. BMT İP-nin regional nümayəndəliyinin mətbuat xitmətindən Trend -ın xüsusi müxbirinə bu haqda məlumat verilib.

"BMT-nin İP "Samruk-Enerqo" SC-ni külək enerjisinin inkişafında və külək elektrik stansiyalarının inşası layihəsinin hazırlanmasında niformativ və texniki cəhətdən dəstəkləməyə hazırdır", - BMT-nin İP üzrə Qazaxıstanda daimi nümayəndəsi Xaolyan Şu deyib.

BMT İP-nın mətbuat xidmətindən verilən məlumata görə, hazırki Memorandum üzrə tərəflərin birgə fəaliyyəti külək enerjisinin inkişaf potensialının təhlilinə və Qazaxıstanda külək enerjisinin normativ-hüquqi və texniki inkişaf bazası üzrə təklifərin işlənib hazırlanmasına yönəldiləcək.

Yaxın günlərdə Cunqar qapıları rayonunda, Şelek dəhlizində, Fort-Şevçenkoda külək elektrik stansiyalarının və Şelek dəhlizində 300 Mvt-lıq külək elektrik stansiyalarının inşası üzrə TİƏ hazırlanacaq.

"Hazırki sektoru inkişaf etdirmək və onu hərtərəfli dəstəkləmək məqsədi ilə Qazaxıstanda külək enerjisinin inkişafı üzrə assosiasiya yaradılması planlaşdırılır", - BMT İP-nin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Şinar Jetpisova məlumat verib.

BMT İP-nin QEF "Qazaxıstan - külək enerjisinin inkişafında təşəbbüs" adlı layihəsi Enerqetika və Mineral Ehtiyatlar Nazirliyinin vasitəçiliyi ilə külək enerjisinin inkişafı əsasında parnik qazlarınnın tullantısının azalmasına nail olmaq üçün Qazaxıstana kömək göstərir. Hazırda layihə əsasında Qazaxıstanın külək enerjisi üzrə potensialı araşdırılır və bir sıra ərazilərdə külək elektrik stansiyalarının inşası üçün təkliflər hazırlanır. Külək enerjisi üzrə Milli Proqram işlənib hazırlanıb, həmçinin "Bərpa olunan enerji mənbələrinin istifadəsini dəstəkləmək" adlı qanunun hazırlanmasında kömək göstərilib.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti