...

Oceaneering Internationa korporasiyası BP Exploration-la müqavilə bağlanması barədə bildirib

Energetika Materials 4 Sentyabr 2009 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir A.Bədəlova /

Exxon Mobil korporasiyasının törəmə şirkəti Oceaneering International korporasiyası BP Exploration-la Azərbaycandakı layihələr çərçivəsində korroziya əleyhinə müdafiə və obyektlərin yoxlanılması üzrə xidmət göstərilməsinə dair müqavilə bağlanması barədə məlumat verib. Oceaneering International-ın rəsmi saytında verilən məlumatda deyildiyi kimi, xidmətlərdən gələn gəlir 45 milyon dollar həcmində qiymətləndirilir. Müqavilənin ilkin müddəti üç ildir.

Bağlanmış müqaviləyə əsasən, Oceaneering-in fəaliyyəti sahilboyu Sənqəçal terminalında, eləcə də Azərbaycanda offşor istehsal avadanlıqlarını (dəniz çıxarma və texniki platformalar), Azərbaycanda, həm də Gürcüstanda ixrac boru kəmərlərini əhatə edəcək, məlumatda deyilir.

Oceaneering International müqavilə çərçivəsində müfəssəl antikorroziya qiymətləndirmələri əsasında riskləri nəzərə almaqla yoxlama planları hazırlayacaq. Qiymətləndirmə həm ənənəvi möhkəm sınaqlara, həm də korroziyanın kontaktsız ultrasəs kartoqrafiyası kimi ən qabaqcıl texnologiyalardan istifadə ilə xüsusi nəzarət üsullarına əsaslanacaq. Bundan başqa, Oceaneering International istehsalın mühafizə edilməsi və tələblərə riayət edilməsi məqsədilə nöqsanların təhlilini də aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti