...

Azərbaycanda iri beynəlxalq qaz konfransı keçiriləcək

Energetika Materials 4 Sentyabr 2009 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend /

Bakıda sentyabrın 14-16-da ilk dəfə "Dünya qaz infrastrukturu Xəzər regionu - 2009" (Gas Infrastructure World Caspian 2009) beynəlxalq konfransı keçiriləcək.

"Avropada təxirəsalınmaz zəmanətli enerji təminatı problemi var və enerji daşıyıcıları tədarükünün diversifikasiyası Avropa Komissiyasının mühüm tapşırıqları siyahısındadır. Xəzər regionu ölkələrinin əhəmiyyətli ehtiyatı var ki, bu da Avropada qaz alıcıları üçün yaxşı imkanlar yaradır", - konfransın təşkilatçısı Britaniyanın "Terrapinn" şirkətinin məlumatında deyilir.

Konfransda xüsusilə aşağıdakı məsələlər müzakirə olunacaq:

- Xəzərin qaz sənayesi potensialının artırılması;

- qlobal qaz bazarının islahatı və onun Xəzər regionuna təsiri;

- Xəzər regionundan qaz ixracına kömək edəcək hökumətlərarası əməkdaşlıq;

- Xəzər qazının ixrac marşrutlarının gələcəyinə həlledici təsir faktorlarının müəyyənləşdirilməsi;

- Xəzərin iri qaz layihələrinə kapital qoyuluşu çərçivələrinin müəyyənləşdirilməsi;

- Qazın alınmasının və nəqlinin vahid strukturunun inkişafı, "Nabukko" və "Ağ axın" qaz kəmərləri layihələri, Trans-Xəzər qaz kəməri, eləcə də Xəzər qazının Trans-Adriatik qaz kəməri ilə daşınması.

Konfransda ARDNŞ prezidenti Rövnəq Abdullayev, StatoilHydro Azerbaijan-ın prezidenti Kristian Hausken, energetika məsələləri üzrə Avropa Komissiyasının nümayəndəsi Andris Piebalqs, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, İranın milli qaz şirkətinin idarəedici direktoru Əzizulla Ramazani, "Nabukko" qaz kəməri layihəsi konsersiumunun idarəedici direktoru Reynhard Miçek, Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş"ın prezidenti Hüseyn Saltuk Düzyolanın, eləcə də Energetika Xartiyası katibliyinin baş katibi Andre Mernenin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti