PremiumYanvar-avqustda "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Qazaxıstan neftinin nəqli artıb

Energetika Materials 17 Sentyabr 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend /

Yanvar-avqust aylarında "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə 1,2 milyon ton "Tengiz" yatağından çıxarılan Qazaxıstan nefti daşınıb. Yanvar-iyulda isə bu göstərici bir milyon ton olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

2008-ci ildə (oktyabr-dekabr) BTC ilə 285,1 min ton qazax nefti nəql edilib.

Ötən ilin oktyabrında ABŞ-ın Chevron Texaco şirkəti Tengiz neftinin ilə daşınmasına başlayıb. Müqavilənin şərtlərinə əsasən, Tengiz nefti BTC və dəmiryol ilə Gürcüstan limanlarınadək (Kulevi və Batumi) daşınır. Nəql edilən neftin həcminin ildə dörd milyon tonadək artırılması gözlənilir.

Chevron Texaco Qazaxıstanın "Tengiz" yatağının operatorudur. Müqavilə ərazisinin işlənməsi ilə "Tengiz Şevroyl" əməliyyat şirkəti məşğul olur.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Onun 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); Conoco Phillips (2,50%) və Amerada Hess (2,36%).

Gürcüstanın Qara dəniz limanı Kulevinin sahibi ARDNŞ, Batuminin sahibi isə "KazMunayQaz"dır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti