...

Tranzit ölkələr alınan qazı satmamalıdır - ARDNŞ prezidenti

Energetika Materials 25 Sentyabr 2009 13:18 (UTC +04:00)
Qaz istehsalçıları, tranziti və istehlakçıları olan ölkələr arasında tranzit ölkələrin alınan qazı sata bilməməsi üzrə (yenidən ixrac etməsi) razılıq əldə olunmalıdır, bu barədə VI Avropa Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Tranzit ölkələr alınan qazı satmamalıdır - ARDNŞ prezidenti

Qazaxıstan, Astana, 25 sentyabr / Trend , müxbir K.Konırova /

Qaz istehsalçıları, tranziti və istehlakçıları olan ölkələr arasında tranzit ölkələrin alınan qazı sata bilməməsi üzrə (yenidən ixrac etməsi) razılıq əldə olunmalıdır, bu barədə VI Avropa Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib.

"Bizim (istehsdalçı ölkələrin) istəyimiz tranzit ölkələrin qazı yenidən ixrac etməməsi və satmaması üçün tranzit ölkələrdən dəqiq tarif dəcərələri almaqdır", - Abdullayev bildirib.

Bu şərtlərə əməl olunması biznes subyektləri arasında şəffaf münasibətlərin qurulmasına səbəb olacaq.

Hazırda Azərbaycan Türkiyə ilə Azərbaycan qazının Avropa ölkələrinə ixracı üzrə tranzit müqaviləsinin imzalanmasına dair danışıqlar aparır. Abdullayevin qeyd etdiyi kimi, danışıqlar başa çatma mərhələsindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti