Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir E.İsmayılov/
Yanvar-avqust aylarında Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş" ölkəyə müxtəlif mənbələrdən 22 milyard kubmetrdən çox qaz idxal edib, bu göstərici yanvar-iyul aylarında təxminən 19,2 milyard kubmetr təşkil edib. Bu barədə "Botaş"ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir. 2008-ci ildən "Botaş" şirkəti cəmi 38 milyard kubmetr qaz idxal edib.
Yanvar-avqust aylarında Türkiyə bazarında təxminən 21,2 milyard kubmetr qaz satılıb, bu göstərici yanvar-iyul aylarında təxminən 19 milyard kubmetr təşkil edib.
2008-ci ildə Türkiyə cəmi 36 milyard kubmetr qaz istifadə edib. 2007-ci ildə isə bu rəqəm 35 milyard kubmetr olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]